Tovuzda 23 yaşlı qız dərmandan zəhərləndi


Digərləri 04 Okt 2018 14:20:53 233 0

Tovuzda 23 yaşlı qız dərmandan zəhərləndi

Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qaraxanlı kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədzadə Xədicə Hikmət qızı yüksək dozalı dərman qəbul edərək zəhərlənib.

Xəstə təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardımdan sonra X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.