Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmək olmaz


Digərləri 04 Okt 2018 13:41:00 229 0

Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmək olmaz

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmək olmaz.

Bakı. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmək olmaz. Trend-in məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət meyilləri alqışlayır: "İndi bu müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmədən daha da inkişaf etdirmək lazımdır". M.Zaxarova münaqişənin nizamlanması üzrə son görüşlər və problemin həllində Rusiyanın rolu barədə danışarkən deyib: "Biz də öz tərəfimizdən bu müsbət meyillərə mümkün qədər hər cür dəstək verəcəyik”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin