Ağsu dolaylarına alternativ olan 16 kilometrlik yeni yol çəkiləcək - TƏFƏRRÜATLAR


Digərləri 04 Okt 2018 13:34:13 241 0

Ağsu dolaylarına alternativ olan 16 kilometrlik yeni yol çəkiləcək - TƏFƏRRÜATLAR

Ağsu dolaylarından istifadə etmədən Şamaxıdan Ağsuya yeni avtomobil yolu tikiləcək

Bakı. Samir Əli - Ağsu dolaylarından istifadə etmədən Şamaxıdan Ağsuya yeni avtomobil yolu tikiləcək. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, yeni tikiləcək yol Bakı-Şamaxı-Yevlax yolunu birləşdirəcək: "Bakı-Şamaxı-Yevlax avtomobil yolu Ağsu dolaylarından keçir. 14 kilometr uzunluğunda olan Ağsu dolayları isə sürüşmə zonasında yerləşir. Buna görə də Bakı-Şamaxı-Yevlax avtomobil yolu Muğanlı qəsəbəsindən başqa istiqamətə çəkiləcək. Yeni tikiləcək yolun uzunluğu 16 kilometr olacaq. Həmin yol Muğanlı qəsəbəsindən başlayaraq Ağsu çayının kənarı ilə tikiləcək və birbaşa Ağsu rayonunda Bakı-Şamaxı-Yevlax yoluna birləşəcək".