Bakıda sökülməkdə olan ikimərtəbəli binada yanğın olub


Digərləri 04 Okt 2018 13:29:00 301 0

Bakıda sökülməkdə olan ikimərtəbəli binada yanğın olub

Bakıda ikimərtəbəli binada yanğın olub.

FHN-dən Son.az-a verilən məlumata görə, Nizami rayonunda hər mərtəbəsi 250 m² olan ikimərtəbəli binanın (sökülməkdə olan) dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​