Nazir: İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir


Digərləri 04 Okt 2018 13:15:14 272 0

Nazir: İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir

İtaliyanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya səfərləri, bu ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, sentyabrda isə Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya səfərinin, bu səfərlər çərçivəsində keçirilən görüşlərin və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirən Şahin Mustafayev Azərbaycanda 95 İtaliya şirkətinin qeydiyyatdan keçdiyini, bu şirkətlərin dövlət əsaslı 41 podrat layihəsində iştirak etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir.