DİQQƏT! Düzgün seçilməyən korset skoliozun daha da dərinləşməsinə gətirib çıxarır


Digərləri 04 Okt 2018 12:58:39 511 0

DİQQƏT! Düzgün seçilməyən korset skoliozun daha da dərinləşməsinə gətirib çıxarır

Uşaqlar üçün düzgün seçilməyən korsetin taxılması skoliozun (onurğa sütununun yana doğru əyilməsi) daha da dərinləşməsinə gətirib çıxarır.

Bakı. İlhamə İsabalayeva - Uşaqlar üçün düzgün seçilməyən korsetin taxılması skoliozun (onurğa sütununun yana doğru əyilməsi) daha da dərinləşməsinə gətirib çıxarır. Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov deyib. C.İskəndərovun sözlərinə görə, onurğa problemi ilə bağlı hər gün yalnız ona 30-40 nəfər müraciət edir. Onların da əksəriyyəti belə əməliyyatların insanı şikəst etməsi ehtimalı ilə maraqlanır: