Rusiya vətəndaşı Azərbaycana narkotik və silahsursat keçirmək istədi


Kriminal 04 Okt 2018 12:44:00 330 0

Rusiya vətəndaşı Azərbaycana narkotik və silahsursat keçirmək istədi

Gömrükçülər narkotik vasitə və silah-sursatın ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

DGK-dan Son.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Ford Mondeo" markalı minik avtomobilinə baxış keçirilib.

Yoxlama zamanı, öncə avtomobilin yük yerindəki sellofan bükülünün içində 1 ədəd kabura ilə birlikdə bıçaq və 1 ədəd "Kenwood" markalı, LB-75L model ratsiya aşkar olunub. Sonra yük yerində, ehtiyat təkərin yanında sellofana bükülmüş siqaret qutusunda 20 qram narkotik vasitə-marixuana aşkar edilib. Daha sonra avtomobilin salonunda, cihazlar panelinin sağ hissəsindəki sandıqçada isə üzərində "Maqnum; патрон 9 mm травматический" markalanma yazısı olan 23 ədəd patron və 1 ədəd tapança aşkar olunub.