"Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək


Digərləri 04 Okt 2018 12:45:00 334 0

"Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək

Oktyabrın 7-də "Az avtomobil, çox həyat" devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə veloyürüş keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Son.az-a verilən məlumata görə, veloyürüş Dövlət Təhlükəsizliyi Xidmətinin, İDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının və "İsma bike"ın iştirakı ilə keçiriləcək. Saat 10:00-da Azneft meydanından start götürəcək yürüş Heydər Əliyev Mərkəzinədək davam edəcək.