ABŞda MontereyLənkəran Dostluq Assosiasiyası yaradılıb FOTO


Digərləri 04 Okt 2018 12:30:00 345 0

ABŞda MontereyLənkəran Dostluq Assosiasiyası yaradılıb  FOTO

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Son.az-a verilən məlumata görə, Assosiasiyanın icraçı direktoru Monterey Şəhər Şurasının sabiq üzvü Nensi Selfricdir. Təşkilatın İdarə Heyəti və Məşvərətçilər Şurasında Monterey şəhərinin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri təmsil olunurlar.

Assosiasiyanın məqsədi Monterey və Lənkəran şəhərləri arasında münasibətlərin müxtəlif layihələr vasitəsilə qarşıdakı illərdə daha da gücləndirilməsi və inkişaf etdirilməsidir.


Xəbərə aid fotolar