DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb


Digərləri 04 Okt 2018 12:10:00 208 0

DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb

Bərdə rayonunun Mehdili kəndi ərazisində “VAZ-21011” və “Hovo” markalı avtomobillər toqquşub

Bakı. Daxili İşlər Nazirliyi (DİN) bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Bərdə rayonunun Mehdili kəndi ərazisində Goranboy rayon sakinləri Azər Vəliyevin idarə etdiyi “VAZ-21011” və Raqib Nuriyevin idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub. Nəticədə A.Vəliyev və sərnişinləri - arvadı Rəna Rəcəbəliyeva, oğlu Rəvan və qayınanası Zeynəb Rəcəbəliyeva hadisə yerində ölüblər.