BANM “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib


Digərləri 04 Okt 2018 11:58:00 294 0

BANM “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib

Azərbaycanın ən nüfuzlu təhsil portalı olan Azedu.az ölkədə ən yaxşı ali təhsil müəssisələrini tanımaq üçün sorğu keçirib.

16 min nəfərin iştirak etdiyi sorğuda 15 universitet iştirak edib. "Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?" sorğusunda Bakı Ali Neft Məktəbi top beşlikdə yer tutaraq "İlin ən yaxşı təhsil müəssisəsi" seçilib.

Son.az xəbər verir ki, Azedu.az təhsil xəbərləri portalının baş direktoru Elşad Eyvazlı "İlin ən yaxşı təhsil müəssisəsi" adlı təltifnaməni rektor Elmar Qasımova BANM-da təqdim edib.