Bakıda üçüncü eksklüziv "Prime Travel Market" sərgisi baş tutacaq
Digərləri 04 Okt 2018 11:36:00 255 0
9 oktyabr 2018-ci ildə JW Marriott Absheron mehmanxanasında üçüncü eksklüziv "Prime Travel Market" sərgisi baş tutacaq
Bakı.
9 oktyabr 2018-ci ildə JW Marriott Absheron mehmanxanasında üçüncü eksklüziv "Prime Travel Market" sərgisi baş tutacaq. Sərgi "The Prime Consulting" şirkəti və Azərbaycan Turizm Assosiyasiyası ilə birlikdə təşkil olunur.
Bir neçə hissədən ibarət olan bu tədbirdə, iştirakçılar və qonaqlar həm ünsiyyət qurmaq, həm də tərəfdaşlıq münasibətləri yaratmaq imkanı əldə edəcəklər. Layihə turizm nümayəndələri üçün effektiv bir kommunikasiya platforması və turizm sənayesi üçün xarici, yerli həllər və yeniliklərin təqdim olunması üçün bir arena olacaq.
Sərgi iştirakçıları arasında 5* otellər, eksklüziv kurortlar, dünya mehmanxana zəncirləri, unikal butik otellər, hava yolları şirkətləri, kruiz şirkətləri, DMC və lüks tur operatorları, səyahət agentlikləri, birinci sinif konsyerj şirkətləri olacaq.
Mənbə: az.trend.az