Nazir Lənkəranskinin "qardaşı"ndan belə üzr istədi VİDEO


Dünya 04 Okt 2018 11:26:00 213 0

Nazir Lənkəranskinin "qardaşı"ndan belə üzr istədi  VİDEO

Çeçen əsilli "qanuni oğru", kriminal aləmdə "Şeyx Xəmzət" ləqəbi ilə tanınan Xəmzət Qastəmirovun yeni görüntüləri yayılıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, sözügedən görüntülər Almaniyanın paytaxtı Berlində çəkilib.

Yayılan görüntülərdən göründüyü qədər ilə tanınmamış İçkeriya Respublikasının Qaçqınlar və Diasporalar üzrə naziri Rubati Misaeva "qanuni oğru" ilə söhbət edir.

Bildirilir ki, görüşün təşkil edilməsində əsas məqsəd Mitsaevanın Qastəmirovdan üzr istəməsi olub. Qarşılıqlı söhbətdən sonra mərhum azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab edilən "Şeyx Xəmzət"dən üzr istəyən nazir bununla da uzun müddətdir aralarında gedən soyuq müharibəyə son qoyub.