DGK Akademiyasında “Bacaran insanlar sırasında sən də ol” adlı təlim keçirilib (FOTO)


Digərləri 04 Okt 2018 11:22:00 274 0

DGK Akademiyasında “Bacaran insanlar sırasında sən də ol” adlı təlim keçirilib (FOTO)

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) I kurs tələbələri üçün “Bacaran insanlar sırasında sən də ol” adlı motivasiya təlimi keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) I kurs tələbələri üçün “Bacaran insanlar sırasında sən də ol” adlı motivasiya təlimi keçirilib. DGKA-dan Trend-ə verilən məlumata görə, təlimin ideya müəllifi və moderatoru Akademiyanın “İqtisadiyyat” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Aqşin Nəzərlidir. Aqşin Nəzərli I kurs tələbələrinə uğurlu insanların inkişaf üçün qarşıya qoyduğu hədəflərə çatma bacarığı, bunun üçün lazım olan xüsusiyyətlər, məqsəd və hədəflər, məsuliyyətlilik, o cümlədən movcud ola bilən komplekslər haqqında danışıb. Cəmiyyətdə insanların özünü təsdiq etməsi və ya uğurlu olmalarının fərqi, könüllülük hərəkatı, könüllü kimi çalışmaq üçün lazım olan tələblər, özünü düzgün təqdimetmə üsulları və digər mövzularda tələbə-gənclərə məruzə edib.