"Məni 400 manat qarşılığında aparıb 1 ay saxladılar"


Şou-biznes 04 Okt 2018 11:13:00 314 0

"Məni 400 manat qarşılığında aparıb 1 ay saxladılar"

“Maşınımın benzin pulu 400 manatdır”

ARB TV-nin "Show News" verilişinin növbəti qonağı müğənni Aysun İsmayılov olub.

Son.az xəbər verir ki, Aysun uzun müddət söz-söhbətə səbəb olacaq odlu-alovlu açıqlamalar verib: "Bugünkü günü mənim, əslində, bir ordum var. Mənim bəziləri kimi "İnstagram" izləyicilərimin heç biri saxta deyil. Mən bir az az tanınıram deyə bu, o demək deyil ki, heç kimdən nə artıq, nə də əskikəm. Məsələn, mənə heç kim deyə bilməz ki, yolda gedəndə "şəkil çəkdirək" deyənə yox deyim. Kim yaxınlaşır deyirəm gəl, hələ qucaqlaşırıq da..." Aysun, eyni zamanda, Azərbaycanda çəkilən yerli filimləri ələ salıb: "Azərbaycanda çəkilən yerli filmlərə baxanda adamın ağlamalı yerində gülməyi, gülməli yerində isə ağlamağı gəlir. Mən Azərbaycanda türklərin çəkdiyi bir filmə çəkildim. O filmin üstündən 10 il keçib, film hələ də ortada yoxdur. Nə də heç kimin pulunu verməyiblər, hamıya atdılar. Apardılar İsmayıllıda saxladılar. Hər kəsə bir katec tutulmuşdu. Mən dedim ki, qala bilmərəm camaatla. Mən özüm öz otağımın, yeyib-içməyimin, yanımdakı qorumanın və sürücümün pulunu ödədim. Hələ o vaxt mən bu qədər tanınmırdım. Onunla belə kişinin oğlu mənə "kontakt"a 400 manat yazıb. Neynirəm sənin 400 manatını. Mənim maşınımın benzin pulu 400 edir. Dedim qurbandı istəmirəm. Biyabırçılıq...".


Xəbərə aid foto