Hövsanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb (FOTO)


Digərləri 04 Okt 2018 11:13:00 302 0

Hövsanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Bakı. Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir. DİN-dən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Hövsan qəsəbəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Novruz Hüseynov saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən 16 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən qurudulmuş formada 1 kiloqram 700 qram marixuana da müəyyən edilib. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mayında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.