"Macarıstan gələcəkdə “Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlıdır"


Digərləri 04 Okt 2018 10:32:00 302 0

"Macarıstan gələcəkdə “Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlıdır"

Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya enerji həftəsi" adlı Beynəlxalq forum çərçivəsində bir sıra görüşlər keçirib.

Son.az xəbər verir ki, Energetika Nazirliyindən Son.az-a verilən məlumata görə, Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyarto ilə görüşdə "Cənub Qaz Dəhlizi"nin icra vəziyyəti, genişləndirmə perspektivləri və növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması məsələləri müzakirə edilib.

P.Siyarto Macarıstanın gələcəkdə "Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlı olduğunu diqqətə çatdırıb və iki ölkənin müvafiq nazirlikləri arasında dialoqun aparılmasının vacibliyini qeyd edib.

Söhbət zamanı Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdaşlığın digər istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb.