Sənubər İsgəndərlinin səhhətində problem: "Səbəbi bilinmir" FOTO


Kriminal 04 Okt 2018 10:27:00 486 0

Sənubər İsgəndərlinin səhhətində problem: "Səbəbi bilinmir"  FOTO

Bir müddət əvvəl üzündə yaranan problemlə bağlı gündəmə gələn əməkdar artist Sənubər İsgəndərli mövzu ilə bağlı ilk dəfə açıqlama verib.

Aktrisa qafqazinfo-ya bildirib ki, bir müddətdir gözündə problem yaranıb və həkimlər bunun çarəsini tapa bilmir: "Bir ildir ki, məlum səbəblərdən efirlərə çıxmıram. Seriallara isə çəkilmirəm, amma 3 filmdə rol almışam. Neçə ildir kinolara çəkilmirdim. Gözüm belə olandan sonra eynəklə filmlərdə rol alıram. Bəxtim indi açılıb. Gözümdəki problemin nədən qaynaqlandığını həkimlər tapa bilmir, səbəbi bilinmir. Müalicələrim davam edir, xeyli yaxşılaşıb. Gözüm ağrımır, mənə problem yaratmır. Görüntü olaraq biri böyüməyə başlayıb. 


Xəbərə aid fotolar