Eldar Əzizov Bakı Lift İdarəsinin qalmaqallı rəisini işdən çıxardı


Digərləri 04 Okt 2018 10:10:00 315 0

Eldar Əzizov Bakı Lift İdarəsinin qalmaqallı rəisini işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb.

Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.