Xəzər dənizində sərhədçilərin yaxınlaşdığını görən narkotacirlər heroini suya atdılar FOTO


Digərləri 04 Okt 2018 09:55:00 325 0

Xəzər dənizində sərhədçilərin yaxınlaşdığını görən narkotacirlər heroini suya atdılar  FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirləri davam etdirilir.

DSX-dən Son.az-a verilən məlumata görə, sentyabr ayının 28-də DSX Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqa­mətində naməlum üzmə vasitəsi aşkar olunub və hərəkəti nəzarətdə saxlanılıb. DSX Sahil Mühafizəsinin həmin istiqamətdə xidmət aparan sərhəd gözətçi gəmisinə göstərilən əraziyə doğru hərəkət etməsi göstərişi verilib, eyni zamanda Astara və Lənkəran rayonları üzrə sahilboyu həssas nöqtələr nəzarətə götürülüb.

Aşkar olunmuş üzmə vasitəsi qısa müddət ərzində Xəzər dənizinin Azər­baycan Respublikasına mənsub olan bölməsini tərk edib. Həmin üzmə vasi­təsinin ərazi sularımızdakı hərəkət trayektoriyası və koordinatları əməliyyat mü­şahidəsinə götürülüb, 30 sentyabr tarixində 2 nəfər heyət üzvü ilə rejim sularına çıxmış "KƏ-226" bort nömrəli "Mariner-75" mühərrikli taxta qayığın həmin koordinatlara yaxınlaşması müəyyən edilib. Həmin qayıq sahilə yan alarkən sərhədçilərə tabesizlik göstərərək dənizdə sahildən 200 metr məsafədə manevrlər edib, hərəkət zamanı qayıqdan 2 ədəd bağlama suya tullanılıb.

Qayığın heyət üzvləri - Astara rayon sakinləri 1977-ci il təvəllüdlü Şaba­nov Ramin Naib oğlu və 1995-ci il təvəllüdlü Əlizadə Niyaz Rufulla oğlu saxla­nılıb, qayığın manevr etdiyi koordinatlara baxış keçirilib və dənizə onlar tərəfindən atılmış 2 ədəd bağlama aşkar olunaraq götürülüb. Baxış zamanı bağlamalarda ümumi çəkisi 2 kq 200 qram olan heroin olması müəyyən edilib.


Xəbərə aid fotolar