"Xaş-xaş 2018": Zaqatalada 750 kq çətənə kolları məhv edildi


Digərləri 04 Okt 2018 09:50:00 298 0

"Xaş-xaş 2018": Zaqatalada 750 kq çətənə kolları məhv edildi

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Bakı. Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq növbəti uğurlu əməliyyat tədbiri keçirilib.