Milli Məclisin deputatı Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək


Digərləri 04 Okt 2018 09:18:00 253 0

Milli Məclisin deputatı Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov oktyabrın 4-dən 7-dək Riqa şəhərində səfərdə olacaq.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov oktyabrın 4-dən 7-dək Riqa şəhərində səfərdə olacaq. Trend-in məlumatına görə, K.Bayramov Milli Məclisin xətti ilə beynəlxalq müşahidəçi qismində Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək. Deputat öncə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq. Oktyabrın 6-da isə seçki prosesini müşahidə edəcək, demokratik qaydalara riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına, vətəndaşların fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin