ABŞda ilk 5G istifadəyə verilib


Digərləri 04 Okt 2018 08:51:00 217 0

ABŞda ilk 5G istifadəyə verilib

ABŞ-ın "Verizon" mobil rabitə operatoru dünyada ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verib.

Son.az ICTnews-a istinadən bildirir ki, ilk vaxtlar şəbəkəyə Hyuston, İndianapolis, Los-Anceles və Sakramento şəhərlərində qoşulmaq mümkün olacaq. Operatorun "5G Home" adlanan servisi mobil deyil, ev istifadəsi üçün nəzərdə tutulub.

Məlumata görə, "5G Home" mahiyyət etibarilə internetə kabellə qoşulmanı əvəz edəcək. Məlumatların orta ötürülmə sürəti 300 Mbit/saniyə, ən yüksək sürəti isə 1 Qbit/saniyə təşkil edəcək.

Xatırladaq ki, dekabrın 1-dən etibarən Cənubi Koreyada "5G" şəbəkəsinin kommersiya istifadəsinə veriləcəyi gözlənilir. Ölkənin 3 əsas mobil operatoru artıq bunu rəsmən təsdiq edib.