SwiftKey dəyişdi


Digərləri 04 Okt 2018 08:55:00 259 0

SwiftKey dəyişdi

"Ağıllı" "SwiftKey" klaviaturasının "Android" üçün versiyası sözləri real vaxt rejimində tərcümə etməyi öyrənib. Yeni funksiya həm daxil olan, həm də göndərilən mesajlara aiddir və bütün messencerləri dəstəkləyir.   Son.az ICTnews-a istinadən bildirir ki, 60-dan çox dilin dəstəklənməsi reallaşdırılıb. Yeni texnologiya "SwiftKey"in sahibi "Microsoft" korporasiyası tərəfindən təqdim edilib. Tərtibatçıların sözlərinə görə, smartfona "Microsoft Translator" proqramı quraşdırıldığı halda tərcümələrin keyfiyyəti daha yaxşı alınır. Bundan başqa, sonuncu internetə qoşulma olmadıqda yeni funksiyadan istifadə etməyə imkan verəcək.   2016-cı ilin əvvəlində "Microsoft" tərəfindən satın alınmış "SwiftKey" "Android" və "iOS" üçün "ağıllı" klaviaturaların işlənib hazırlanması ilə məşğuldur. Proqram daxil edilmiş mətnin korreksiyası üçün neyron şəbəkəsindən istifadə edir, sözləri müqayisə edə və onlar arasındakı əlaqəni ayırd edə bilir.