Hacıqabulda minik maşını aşıb,


Digərləri 04 Okt 2018 08:40:00 226 0

Hacıqabulda minik maşını aşıb,

Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki,  "VAZ-21015" markalı avtomobil gecə saatlarında Bakı-Qazax magistralının 135-ci kilometrliyində, yolun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində beton maneəyə çırpılaraq yoldan çıxıb və aşıb.

Nəticədə avtomobildə olan 2 nəfər - 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Hümbətov Pərviz Akif oğlu və 1992-ci il təvəllüdlü Şirvan sakini Bünyatov Kənan Füzuli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.