Androidli ən güclü smartfon təqdim ediləcək


Digərləri 04 Okt 2018 08:41:00 219 0

Androidli ən güclü smartfon təqdim ediləcək

"Huawei" şirkəti "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən güclü smartfon təqdim etməyi planlaşdırır.

Son.az ICTnews-a istinadən bildirir ki, "Huawei Mate 20 Pro" adlanan qurğu 6 giqabaytlıq operativ yaddaşla təchiz edilib. Smartfon birnüvəli testdə 3390 bal, çoxnüvəlidə isə 10 318 bal toplayıb.

Müqayisə üçün qeyd edək ki, "Exynos" çipinə malik "Samsung Galaxy Note 9" modeli çoxnüvəli testdə 9100, birnüvəlidə isə 3698 bal yığıb.