50 Milyon insanın təkcə Facebook profili oğurlanmayıb


Digərləri 04 Okt 2018 08:21:00 225 0

50 Milyon insanın təkcə Facebook profili oğurlanmayıb

Facebook tarixinin ən böyük kiber hücümlarının birini yaşayır. Bu il yaşanan "Cambridge Analytics" hadisələrindən sonra ikinci ən böyük yaşanan fiaskonu dünən Facebook rəsmi olaraq açıqladı. Bu dəfə 50 Milyon istifadəçinin şəxsi hesablarının "hack" edildiyini Facebook rəsmi olaraq bəyan etdi. Profilllərdə yer alan "View As" funksiyasının kodlarında olan boşluqlar səbəbilə bu funksiyadan istfadə etmiş şəxslərin profilləri üçün xüsusi identifikasiya tokeni xakerlər tərəfindən ələ keçirilib.

Son.az technote.az-a istinadən bildirir ki, bu səbələ Facebook məcburi bir şəkildə şüphəli olan 90 milyon profildən çıxış verib (Log Out). Mark açıqlamasında vəziyyətin nəzarət altında olduğunu qeyd etsə də işlərin heç də onun dediyi kimi getmədiyi məlumdur. Ötən gecə yayılan xəbərlərə görə, təkcə istifadəçilərin Facebook hesabı yox, bu hesaba bağlı olan digər profillər də təhlükə altında olub. Hətta siz bu müddət ərzində Facebook-a daxil olmasaz belə, hesabınıza bağlı olan Instagram profiliniz də ələ keçirilib.

Facebook bu məlumatı yumşaq şəkildə təkzib etsə də, heç bir şəkildə bunu sübut edə bilməyib. Facebook-un vitse prezidenti və baş məhsul meneceri Guy Rosen açıqlamasında:

"Bu boşluq profili ələ keçirənlərin, profilin əsl sahibləri kimi hesaba daxil olub, istifadə edə bilmələrinə imkan yaradıb. Bu da o mənaya gəlir ki, həmin xakerlər sizin Facebook hesabınıza bağlı olan digər tətbiqlərə də giriş imkanı əldə ediblər"