5 arxa kameraya sahib Nokia modelinin adı məlum oldu


Digərləri 04 Okt 2018 08:11:00 253 0

5 arxa kameraya sahib Nokia modelinin adı məlum oldu

İnternetdə HMD Global şirkətinin növbəti flaqman Nokia modelinin adı barəsində məlumat yayıldı. Məlumatı məşhur insayder Roland Quandt verib. Onun sözlərinə əsasən 5 arxa kameraya sahib Nokia modeli Nokia 9 PureView adlanacaq.

Son.az technote.az-a istinadən bildirir ki, HMD Global şirkəti hələ bu ilin Avqust ayında PureView brendini əldə ertmişdi. Bu brend əvvəlki Nokia modellərində də istifadə olunurdu və o əsasən yüksək keyfiyyətli kameralara sahib Nokia modellərində tətbiq olunurdu.