Texasda məktəb avtobusu qəzaya uğrayıb


Dünya 04 Okt 2018 08:18:00 233 0

Texasda məktəb avtobusu qəzaya uğrayıb

Məktəb avtobusu Texasın şimalında qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 1 uşaq ölüb, 3 nəfər xəsarət alıb.

42 məktəbli olan avtobus fənər dirəyinə çırpılıb və aşıb. Elektrik naqilləri nəqliyyat vasitəsini alışdırıb. Yanğınsöndürən və polislər hadisə yerində 1 uşağın ölüsünü aşkar edib. Daha 3 məktəbli, sürücü və 3 müəllim sağlamlığa təhlükə yaratmayan yaralarla xəstəxanaya çatdırılıb.