"Belə hallar Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edir"


Digərləri 04 Okt 2018 07:00:00 247 0

"Belə hallar Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edir"

Hazırda sosial şəbəkələr və orada iştirakçılıq Azərbaycan cəmiyyətinin zəruri tələbatına çevrilməklə virtual ictimai münasibətlər formaşaldırır. Bu yeni xarakterik keyfiyyət bütün informasiya cəmiyyətlərində mövcuddur.

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu gün internet istifadəçilərinin sayı 75 fazidən çoxdur: "Belə olan halda heç şübhəsiz ki, sosial şəbəkələrdəki münasibətlərin hüquqi baxımdan tənzimlənməsinə ehtiyac var. İstənilən sahədə ictimai münasibətlərin tənzimlənməsinə ehtiyac yaranan kimi mütləq hüquq tənzimləmə prosedurası işə düşür. Bu gün sosial şəbəkələrdə Azərbaycanın ictimai fəal fərdlərinin təmsilçiliyi o qədər kütləvidir ki, burada mütləq müəyyən cavabdehlik və məsuliyyət mərhələsinin təmin edilməsi lazımdır. Hazırda qloballaşan dünyada informasiya müxtəlif vasitələr üçün istifadə olunur. Bu vasitələrdən biri də informasiyanın "yumşaq güc" kimi istifadə edilməsidir. Bu gücdən effektiv istifadə edən mərkəzlər onun gətirdiyi mənfəətləri öz milli maraqlarının lehinə çevirməyi bacarırlar. İnformasiya gücündən istifadə edə bilməyən və onu öz milli maraqlarını həyata keçirmək üçün bir vasitəyə çevirə bilməyən cəmiyyətlərdə isə informasiya daha çox dağıdıcı vasitəyə çevrilir".