DİQQƏT! Bu sistem telefon mesajlarınızı kənar şəxslərə göndərir


Digərləri 03 Okt 2018 23:34:00 414 0

DİQQƏT! Bu sistem telefon mesajlarınızı kənar şəxslərə göndərir

"Apple" şirkətinin istehsalı olan "İphone" markalı smartfonlardan istifadə edən şəxslər şirkətin messencer xidmətindən narazılıq edir.

Son.az xəbər verir ki, istifadəçilər şirkətin messencerindən imtina edirlər. Buna səbəb "iPhone" smartfonlarında yeni "iOS 12" sisteminin istifadəyə verilməsidir. Belə ki, istifadəçilər bu sistemdən sonra problem yaşandığını deyirlər.

Apple şirkətinə məxsus "iMessage" messencerində yazışmaların başqa şəxslərə göndərildiyinə dair məlumat yayılıb. Bu barədə "Forbes"də məlumat yerləşdirilib.