"İnformatika" fənni yeni formatda tədris edilir VİDEO


Digərləri 03 Okt 2018 23:24:00 319 0

"İnformatika" fənni yeni formatda tədris edilir  VİDEO

"İnformatika" fənninin tədrisini təkmilləşdirməklə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi məqsədilə həyata keçirilən "Rəqəmsal bacarıqlar" pilot layihəsinin əhatə dairəsi genişləndirilib.

Son.az bildirir ki, 2017-2018-ci tədris ilindən tətbiqinə başlanılan yeni tədris metodundan daha çox məktəbli faydalanacaq.

Bu fənn üzrə dərsləri tədris edən 250-dən çox müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda təşkil edilən ixtisasartırma təlimlərinə cəlb olunub. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün məktəblərdə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib. Ölkə üzrə 230 kompüter otağı istifadəyə verilib, həmin otaqlar 2500 noutbuk və digər zəruri avadanlıqlarla təchiz edilib.