Azərbaycanda "namus keşikçiləri" həbs edildi Ərləri Rusiyada olan qadınları "qoruyurmuşlar"


Kriminal 03 Okt 2018 23:25:00 284 0

Azərbaycanda "namus keşikçiləri" həbs edildi  Ərləri Rusiyada olan qadınları "qoruyurmuşlar"

Şəmkir rayonunda "namus keşikçi"ləri kimi tanınan dəstə üzvləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Bakı şəhərində anadan olan 1991-ci il təvəllüdlü Elvar Əmiraslanov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstəsinin üzvləri Şəmkir rayonunda iyrənc cinayətlərə imza atıblar. 

Elvar Əmiraslanov Bakı şəhərində yaşasa da, Şəmkir rayonunun Şiştəpə kəndində qeydiyyatda olub. O, hər dəfə həmin kəndə qonaq gəlib. Amma sonuncu səfərinin məqsədi başqa olub.

"Namus keşikçiləri"nin əməlləri

Elvar Əmiraslanov Şiştəpə kəndinin sakinləri Yasif Həsənov, Vüqar Süleymanov, Elsevər Həsənov, Natiq Əmiraslanov, Taryel Qasımov, Vüsal İsayev və Rauf Xəlilovdan ibarət mütəşəkkil dəstə yaradıb.

Məqsədləri isə rayondan Rusiyaya çörəkpulu qazanmağa gedən kişilərin həyat yoldaşlarının əxlaqsız hərəkətlər etməkdən çəkindirmək, başqa-başqa kişilərlə görüşmələrinə mane olmaq olub.

Onlar yaşadıqları Şəmkir rayonunun Şiştəpə kəndindən qazanc əldə etmək üçün Rusiya Federasiyasına getmiş şəxslərin özgə kişilərlə gizli görüşərək intim münasibət quran bəzi arvadları müəyyən ediblər. Həmin qadınların əxlaqsız hərəkətlərinin qarşısını almaq üçün dəstə üzvlərinə cüzi səbəb kifayət edib.

Ər Rusiyada pul qazanır, qadın isə başqa kişilərlə kef sürür

Elvar Əmiraslanov və onun yaratdığı dəstə üzvləri 2012-ci ilin sentyabr ayının 14-ə keçən gecə, saat 03 radələrində yaşadıqları Şiştəpə kəndində Rauf Xəlilovun idarə etdiyi "BMV-X5" markalı və Taryel Qasımovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlarla Şəmkir şəhər sakini Emin İsgəndərovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşını təqib ediblər. Onlar Emin İsgəndərovun sürdüyü maşını saxladıblar, ona zor tətbiq edərək telefonunu əlindən alıblar.

Əxlaqsızlıq edən qadın evində üzləşdirildi

Onlar Emin İsgəndərovun həmkəndliləri Samirə Vəliyeva (ad və soyad şərti verilib) ilə görüşə gəldiyini öyrəniblər və sonra avtomaşını Samirənin yaşadığı evin yanına sürməyi tələb ediblər.

Dəstə üzvləri Eminlə birlikdə saat 4 radələrində həmin evin qarşısına gəliblər. Ev sahibəsinə xəbər etmədən qrupun üzvü Yasif Həsənov hasarı aşaraq həyətə daxil olub.

Yasif Həsənov daha sonra Samirənin evinə daxil olub.

Bu zaman Yasif Həsənov onlarla evə girməkdən imtina edən Emin İsgəndərovu yumuruqla vurub, nəticədə sonuncunun burnu qanayıb.

Yasif Həsənov və dəstənin digər üzvləri Samirə Vəliyeva ilə Emin İsgəndərovun arasında olan münasibətlə bağlı üzləşdiriblər. Bu zaman Samirənin azyaşlı qızı Nurayə yuxudan oyanıb.