Bəzi dəmiryolu keçidlərində işıqforlar düzgün işləmir Yenə ağır qəzalar baş verə bilər VİDEO


Digərləri 03 Okt 2018 23:15:00 292 0

Bəzi dəmiryolu keçidlərində işıqforlar düzgün işləmir  Yenə ağır qəzalar baş verə bilər  VİDEO

İki gün əvvəl Xəzər rayonu, Binə qəsəbəsində baş verən 160 saylı xətt avtobusunun qatarla toqquşmasının səbələrindən biri kimi keçiddə şlaqbaumun bağlı olmaması ilə bağlı sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məlumatlar yayılmışdı.

Son.az bildirir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bununla bağlı yeni görüntü yayıb.

Videogörüntüdən aydın olur ki, dəmiryolu keçidində şlaqbaum bağlı olduğundan yolda olan avtomobillər dayanıblar. Ancaq buna baxmayaraq avtobusun sürücüsü nə digər avtomobillərin dayanmasına, nə də ki, şlaqbaumun bağlı olmasına məhəl qoymur, hərəkət edərək qatarın qarşısına çıxır və dəhşətli qəza baş verir.

Ancaq müşahidələr zamanı məlum oldu ki, bu kimi hadisələr digər dəmiryolu keçidlərində də yaşana bilər. Məsələn, Nərimanov rayonu, Keşlə qəsəbəsində... Ərazidə olan dəmiryolu xətti bütün avadanlıqlarla təchiz olunmasına baxmayaraq, işıqforların düzgün işləməməsi qəza ehtimalını artırır.

Dəmiryolu keçidinin növbətçisi Arif Bayramov işıqforun düzgün işləməməsinin səbəblərini belə izah edib.