Bakıda sürücü belə özbaşınalıq edir VİDEO
Kriminal 03 Okt 2018 23:20:00 241 0
Hər gün qayda pozan sürücülərlə yəqin ki, çoxumuz qarşılaşırıq. Xüsusilə də kamera və yol polisinin olmadığı yerlərdə kobud şəkildə başqalarına təhlükə yaradan sürücülər də az deyil.
Son.az bildirir ki, iki gün əvvəl Bakıda lentə alınmış görüntülərdə də oxşar vəziyyət yer alıb.
Görüntülərdən aydın olur ki, qarşıdakı avtomobilin sürücüsündən dəfələrlə yol istənilsə də, həmin sürücü nəinki ona məhəl qoymur, əksinə, gərksiz yerə tez-tez əyləci basmaqla hərəkətə mane olur.
Görüntülərdə qarşıda gedən avtomobilin sürücüsü aşağı sürətlə hərəkət edir. Arxadan gələn sürücü isə ondan yol istəyir, amma siqnal səsinə özünəməxsus reaksiya verir. Lüzum olmadığı halda bir neçə dəfə əyləci basmaqla qəza şəraiti yaradır. Bununla da guya arxadan gələn sürücünü cəzalandırır.
Səbri çatmayan minik maşınının sürücüsü isə çıxış yolunu qarşıda xidmət aparan yol polisi əməkdaşına müraciət etməkdə görür.
Mənbə: milli.az