Ermənistandan Gürcüstana xəyanət Diplomatik qalmaqal yaşana bilər VİDEO


Dünya 03 Okt 2018 22:50:00 282 0

Ermənistandan Gürcüstana xəyanət  Diplomatik qalmaqal yaşana bilər  VİDEO

Bütün dünyada sepratçılığın qınanıldığı bir ərəfədə Ermənistan Qafqazda növbəti belə ocaqların yaranmasında maraqlıdır.

Son.az bildirir ki, söhbət bu ölkənin qonşu Gürcüstana qarşı növbəti xəyanətindən gedir.

Məlum olduğu kimi, 27 sentyabr Gürcüstanda bu ölkənin tarixinə qara hərflərlə yazılmış Suxuminin işğalı günü kimi qeyd olunur. Bu işğalın 25-ci ildönümü nəinki dost ölkələr, elə beynəlxalq qanunlara hörmət edən bütün dövlətlər tərəfindən də belə qəbul olunur. Ermənistanın isə məsələyə münasibəti tamam fərqlidir. Separatizmi dəstəkləyən və bu yolla ərazilərini böyütməyə çalışan Ermənistanın yaratdığı qondarma "Dağlıq Qarabağ Respublikası" Suxuminin işğalını azadlıq hərəkatı kimi qəbul edərək seprataçı rejimə təbrik ünvanlayıb.

Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvü, millət vəkili Fərəc Quliyev deyir ki, bu addım, əslində, Ermənistanın "böyük Ermənistan" xülyasının bir hissəsidir və Çavaxetiya iddiaları üçün zəmin hazırlamaqdan başqa bir şey deyil.