Daşıyıcı şirkətlərin məsuliyyətsizliyi və faciəvi avtobus qəzaları Sürücülər hansı kriteriyalarla seçilir? VİDEO


Digərləri 03 Okt 2018 22:26:00 269 0

Daşıyıcı şirkətlərin məsuliyyətsizliyi və faciəvi avtobus qəzaları  Sürücülər hansı kriteriyalarla seçilir?  VİDEO

Son vaxtlar baş verən avtobus qəzalarından aydın olur ki, daşıyıcı şirkətlərin əksəriyyəti sürücü seçərkən ciddi məsuliyyətsizliyə yol verirlər. Qəzada iştirak edən sürücülərin bəziləri narkotik aludəçisi, bəzilərinin isə əvvəllər məhkumluq həyatı yaşadığı üzə çıxır. Bəs kimlər avtobus sürücüsü ola bilər? Şirkətlər onları hansı tələblər əsasında işə qəbul etməlidir?

Son.az bildirir ki, Binə qəsəbəsində baş vermiş dəhşətli qəza avtobus sürücülərinin hansı tələblər əsasında işə götürülməsi məsələsini gündəmə gətirir. Görünən odur ki, əksər daşıyıcı şirkətlər bu məsələdə ciddi məsuliyyətsizliyə yol verirlər. Bunun nəticəsində isə ağır sonluqlar qaçılmaz olur.

İki gün əvvəlki qəzada 2 nəfərin ölümü, 34 nəfərin ağır yaralanması buna bariz nümunədir. Araşdırmalar zamanı avtobusun sürücüsü Elxan Şirəliyevin əvvəllər yol qəzasına görə cəza cəkdiyi məlum olmuşdu.

Faktlar bununla da bitmir. Ötən il Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücü Namiq Hüseynovun isə mikroavtobusu etibarnaməsiz idarə etdiyi aşkarlanmışdı. Bakıda 202 saylı sərnişin avtobusunun sürücüsü İlkin Tağıyevin isə sükan arxasında narkotik maddə qəbul etməsi görüntüləri isə buna başqa bir nümunədir.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülərin işə qəbulu, onlarla əmək münasibətlərinin tənzimlənməsi birbaşa daşıyıcı şirkətlər tərəfindən həyata keçirilir. Buna baxmayaraq, Agentlik mütəmadi olaraq həmin sürücüləri təlimlərə cəlb edir.