Bakıda əhali ərzaq, içki və tütünə 5 milyard manatdan çox pul xərcləyib


Digərləri 03 Okt 2018 22:07:53 274 0

Bakıda əhali ərzaq, içki və tütünə 5 milyard manatdan çox pul xərcləyib

2018-ci ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- avqust ayları ilə müqayisədə 3,1 faiz artaraq 12 milyard 450,6 milyon manat olub.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,1 faiz artaraq 12 milyard 450,6 milyon manat olub. Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 5 milyard 530,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 6 milyard 920,5 milyon manata bərabər olub.