Yol qəzası nəticəsində iki nəfər xəsarət alıb FOTO


Digərləri 03 Okt 2018 21:56:00 215 0

Yol qəzası nəticəsində iki nəfər xəsarət alıb  FOTO

Quba rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun 154-cü kilometrliyində qeydə alınıb.

Şəmkir rayon sakini Rəhman Rəfael oğlu Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı "57-BT-681" dövlət qeydiyyat nişanlı minik avtomobili yolun əks istiqaməti ilə hərəkət edən Quba rayon Qaraçay kənd sakini Niyaməddin Qurban oğlu Musayevin idarə etdiyi "KİA Optima" markalı "99-HT-842" dövlət qeydiyyat nişanlı minik avtomobilinə çırpılıb.

Nəticədə R.Məmmədovun sərnişini olan Quba rayon Qaraçay kənd sakini Vüsal Pənah oğlu İsayev və "KİA"nın sürücüsü N.Musayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid foto