Tokio metrosunda köməkçi robotlar sınaqdan keçirilir


Digərləri 03 Okt 2018 21:59:00 315 0

Tokio metrosunda köməkçi robotlar sınaqdan keçirilir

Yaxın vaxtlarda Tokio metrosunun sərnişinlərinə robotların kömək göstərəcəyi gözlənilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya hökuməti həmin robotları noyabrın sonlarından başlayaraq üç ay ərzində paytaxt metrosunun altı stansiyasında sınaqdan keçirməyi planlaşdırır.

Bu robotların bəziləri sərnişinlərə ilkin tələbat yerlərini və ya çıxışı tapmaqda yardım edəcək. Digər robotlar isə yeraltı nəqliyyatda təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək. Onlar stansiyada patrul xidməti çəkərək, şübhəli əşyalar aşkar etdikdə bu barədə dərhal əməkdaşları xəbərdar edəcəklər.