Yeni cırtdan planet tapıldı


Digərləri 03 Okt 2018 21:41:00 258 0

Yeni cırtdan planet tapıldı

Astronomlar Günəş sistemində sirli "iks planetini" tapmağa çalışarkən daha bir cırtdan planet aşkar ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Astronomical Journal" nəşrində məlumat yer alıb. Vaşinqtonda Karnegi Elmlər İnstitutundan Skott Şeppard bildirib ki, bu cür planetləri, mahiyyətcə, kosmik yol işarəsi adlandırmaq olar. Onun sözlərinə görə, bunlar "iks planetinə" yolu göstərir. Onlardan nə qədər çox tapılarsa, Günəş sisteminin ətrafının quruluşunu bir o qədər çox öyrənmək olar.