Apendiks artıq dərmanla müalicə olunacaq


Digərləri 03 Okt 2018 21:47:00 201 0

Apendiks artıq dərmanla müalicə olunacaq

Finlandiya alimləri tez-tez aparılan apendiks əməliyyatının antibiotik müalicəsi ilə sağala biləcəyini aşkarlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aparılan araşdırmalar göstərib ki, xəstələrin üçdə ikisində antibiotik müalicəsi yaxşı nəticə göstərib və keçən 5 il ərzində apendiks narahatlığı yaşamayıblar. İndiyədək bu xəstəlik ancaq cərrahi yolla aradan götürülüb, lakin yeni texnologiyalar daha dəqiq rentgen aparmağa imkan yaratdığı üçün çarənin yalnız mexaniki üsulda olmadığı məlum olub. Problem əksər xəstələrdə dərmanla müalicə olunacaq səviyyədədir.