Bu gün Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür


Digərləri 03 Okt 2018 21:29:00 277 0

Bu gün Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

Alkoqol asılılığı müasir cəmiyyətin ən böyük problemlərindən biridir. İndi hətta gənclər və yeniyetmələr arasında da alkoqola olan meyil ciddi narahatlıq doğurur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər il oktyabrın 3-də müxtəlif ölkələrdə Ümumdünya Alkoqolizmlə Mübarizə Günü çərçivəsində tədbirlərin keçirilməsi elə bu narahatlıq hissindən qaynaqlanır. Həmin gün heç bir beynəlxalq təşkilat tərəfindən təsis edilməsə və rəsmi status daşımasa da, həkimlər və sosial işçilər ictimaiyyətin diqqətini alkoqol qəbul etməyin və onun doğurduğu problemlərin nəticəsinə cəlb etməyə çağırırlar. Ümumdünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib.

Həmin gün dövlət qurumları və ictimai təşkilatlar alkoqolizm problemlərinə, onun doğurduğu xəstəliklərə həsr edilmiş mühazirə, seminar və sərgilər təşkil edir, tədbirlərdə çıxış edən həkim-narkoloq, psixoloq və psixiatrlarlar bu vərdişin sağlamlığa vurduğu zərər və ondan yaranan asılılıq barədə məlumat verirlər.