Sərxoş keşiş çanta və maşın oğurladı


Dünya 03 Okt 2018 20:44:00 286 0

Sərxoş keşiş çanta və maşın oğurladı

Rusiyanın Perm şəhərinin Sverdlovsk rayon məhkəməsi içkili vəziyyətdə ticarət mərkəzindən çanta, eləcə də avtomobil oğurlayan keşiş barəsində hökm çıxarıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, məhkəmə materiallarına əsasən, keşişə qarşı RF Cinayət Məcəlləsinin iki maddəsi ("Oğurluq" və "Oğurluq məqsədi olmadan avtomobil və ya digər nəqliyyat vasitəsinə qanunsuz yiyələnmə") üzrə cinayət işi açılıb.