Göyçayda "Nar bayramı" MDBnin ən reytinqli payız festivalı oldu


Digərləri 03 Okt 2018 20:16:00 292 0

Göyçayda "Nar bayramı" MDBnin ən reytinqli payız festivalı oldu

Rusiyanın "TurStat" analitik agentliyi MDB ölkələrində oktyabrda keçiriləcək meyvə və şərab festivallarının reytinqini açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, siyahıya Azərbaycanın Göyçay rayonunda 2006-cı ildən hər il keçirilən "Nar bayramı" başçılıq edir. Qeyd olunur ki, oktyabrın 26-dan noyabrın 7-dək keçiriləcək festival iştirakçılarına 60 növdən çox nar və nar şirəsi, həmçinin digər nar məhsulları təklif olunur.

Festivalın keçirildiyi Göyçayda hər il 30 ton nar yığılır.