BakıSurqut təyyarəsi Ufada təcili eniş etdi


Digərləri 03 Okt 2018 20:10:00 245 0

BakıSurqut təyyarəsi Ufada təcili eniş etdi

Bakı-Surgut marşrutu üzrə uçan "ЮТэйр" aviaşirkətinə məxsus təyyarə Ufa hava limanında təcili eniş edib.

Son.az Trend-ə istinadən bildirir ki, Ufa beynəlxalq hava limanının mətbuat katibi Tatyana Rizvan bildirib ki, təyyarənin sərnişini uçuş zamanı özünü pis hiss edib:

"Təyyarə hava limanına endikdən sonra sərnişin xəstəxanaya yerləşdirilib".

T.Rizvanın sözlərinə görə, daha sonra təyyarə öz marşrutu üzrə uçuşa davam edib.