Psixoloq: Uşaqlarınıza yaşıl rəngli paltarlar geyindirməyin


Digərləri 03 Okt 2018 19:48:00 412 0

Psixoloq: Uşaqlarınıza yaşıl rəngli paltarlar geyindirməyin

Qidalar orqanizmi bəslədiyi kimi, rənglər də ruhu bəsləyir. Həyatı rənglərsiz təsəvvür etmək çətin olar. Çünki təbiətin, rastlaşdığımız hər bir obyektin, hətta insanların xarakterinin belə öz rəngi var.

Son.az xəbər verir ki, psixoloq Xatirə Səfərova Baku TV-yə açıqlamasında deyib ki, rənglər insan psixologiyasında böyük rol oynayır.

"İstər müştəri xidmətlərində, istər iqtisadi cəhətdən formalaşmasında, iş biznesinin planlamasında, uşaqların inkişafında çox böyük önəmi var". 

O, əvvəlcə qırmızı rəngin mənasından danışıb.

"Qırmızı rəngi enerjili, daha çox riskli, aqressiyası çox olan və cəsarətli insanlar sevir. Qırmızı rəng iştahaaçıcı rəngdir. Əgər bir insanın iştahası aşağıdırsa, ona qırmızı rəngi məsləhət görürlər".

Müsahibimiz mavi rəngi iş görüşmələrinə geyinməyi tövsiyə edib.

"Mavi rəng sakitləşdirici, intellekt rəngidir. İş görüşmələrinə gedəndə mavi rəngli paltarın geyinilməsi ağıllı, səmimi söhbətə gətirib-çıxarır. Mavi rəngdən çox istifadə olunması insanı daim gərginlikdə saxlayır. Tünd mavi rəng isə siyasi görüşlərin rəngidir. Tünd göy rəngə müraciət edən insanlar özlərini daim idarə edə bilənlərdir. Uğurlu biznesmenlər tünd göy rəngdən istifadə edirlər".

O, yaşıl rəngli geyimləri uşaqlara geyindirməməyi məsləhət görüb.