Ərəb şeyxlərinin həyat yoldaşları —


Digərləri 03 Okt 2018 19:24:00 370 0

Ərəb şeyxlərinin həyat yoldaşları —

Qərbdə yaranan streotipə əsasən, Şərqin şahzadələri cəmiyyət içinə çadrada çıxır. Onların fəaliyyəti isə çox məhduddur.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu düşüncə həqiqətdən çox uzaqdır. Ərəb şeyxlərinin arvadları aktiv həyat tərzi sürür. Siyahını oxuculara təqdim edirik.

Dubay hökmdarının xanımı: Həya Bint Hüsseyn Əl-Məktum

Həya Dubay hökmdarı Şeyx Məhəmməd Əl-Məktumun ikinci arvadıdır. Həyanın damarlarından əsilzadə qanı axır. Onun atası İordaniya kralıdır. Həya Oksfordda təhsil alıb. Onun iki övladı var. İctimai işlə fəal məşğul olur. Onun layihələrindən biri İordaniyada aclığa qarşı mübarizə fondu qurmaq olub. Bundan əlavə Həyanı tez-tez at yarışlarında görmək olar. Dubay hökmdarının arvadı Avropa üslubunda geyinir, tədbirlərə qatılır və Yaxın Şərqin ən gözəl qadınlarından biridir.

Səudiyyə Ərəbistanı kraliçası Fatma Gülsüm Zohar

Kraliça haqqında məlumat çox azdır. Sadə ailədə anadan olub, Dubayda beynəlxalq kolleci bitirib, hüquqşünas peşəsinə yiyələnib. Ər-Riyadda kral Səud universitetini bitirib. Bu günə qədər də kralın diqqətini necə cəlb etdiyi sir olaraq qalıb. Kral Abdulla 30 dəfədən çox evlənib. Uzun illər Fatma haqqında məlumat olmayıb. Bir gün kraliça "Facebook"da özünə səhifə açıb və ingilis dilində yazmağa başlayıb.

Qətər əmirinin arvadı Moza bint Nasir əl-Misnəd

Qətərin keçmiş əmiri Həmad bin Xəlifə Əl-Taninin ikinci arvadıdır. Eyni zamanda Qətərin əmirinin anasıdır. Moza təkcə xeyriyyəçiliklə məşğul olmur, eyni zamanda siyasi həyatda da aktivdir. UNESCO-nun xüsusi səfiri, bir sıra dövlət və beynəlxalq vəzifələr sahibidir. Eyni zamanda Britaniya imperiyasının "Komandor-Dama" ünvanına da layiq görülüb.

Amma Moza əsasən dəb dünyasında məşhurdur. 7 uşaq anası ideal bədən quruluşuna və əla dəb seçiminə malikdir. Ölkəsinin adətlərinə sadiq qalan Moza ciddi üslubda geyinir amma dünya tendensiyasına ayaq uydurur.


Xəbərə aid fotolar