“Biz olmasaq, 2 həftəyə iqtidarını itirərsən”


Dünya 03 Okt 2018 19:00:00 291 0

“Biz olmasaq, 2 həftəyə iqtidarını itirərsən”

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralını təhdid edib.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, partiyasının seçim mitinqi üçün Missisipi əyalətində çıxış edən Tramp kral Salman bin Əbdüləzizə ABŞ-ın hərbi dəstəyi olmasa iki həftədə iqtidarını itirəcəyi ilə bağlı xəbərdarlıq etdiyini bildirib:

"Kral Salmanı çox istəyirəm, amma ona dedim ki, bax kral, biz səni qoruyuruq. Biz olmasaq iki həftəyə burada (iqtidarda) olmaya bilərsən. Ordun üçün özün ödəniş etməlisən, ödəməyə məcbursan".