Ötən il 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib,


Digərləri 03 Okt 2018 18:56:00 285 0

Ötən il 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib,

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş zona müşavirəsi keçirib.

Son.az bildirir ki, Nazirlikdən Son.az-a verilən məlumata görə, toplantıda Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçiləri də iştirak ediblər. 

Müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, bu sahədə yol verilən nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

Toplantıda Prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq görülən işlərdən danışan Fikrət Məmmədov məhkəmə sisteminin müasirləşdirilməsini, hakimlərin ən şəffaf seçimini, elektron məhkəmə informasiya sisteminin tətbiqini, yeni məhkəmə bina və komplekslərinin tikilərək istifadəyə verilməsini qeyd edərək həyata keçirilən tədbirlərin məhkəmə fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanları artırılmaqla məhkəmə sisteminə əlçatanlığın asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib.

Qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi daim diqqətdə saxlanılır. Ötən dövrdə kobud qanun pozuntularına, korrupsiya hüquqpozmalarına və vətəndaşların haqlı narazılığını doğuran digər nöqsanlara yol verən hakimlər barəsində Məhkəmə-Hüquq Şurasının qərarları ilə ciddi intizam tədbirləri görülüb. Təkcə ötən il qiymətləndirmə nəticəsində 21 hakim, o cümlədən 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəməsinin 8 hakimi aşağı işə keçirilib.


Xəbərə aid foto